Ermənistan hökumətinin iclası bu gün olmayacaq

Ermənistan hökumətinin iclası bu gün baş tutmayacaq. SİA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin İnformasiya Departamentinin rəhbəri Armen Xaçatryan mətbuata açıqlamasında bildirib.

“Ölkədəki mövcud vəziyyətə görə bugünkü iclas baş tutmayacaq. Gündəmdəki bütün məsələlər məsafədən müzakirə edilib və qəbul olunub”, deyə Armen Xaçatryan aysor.am saytına məlumat verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə