Məşhur musiqiçi ABŞ Prezidentini məhkəməyə verib

Məşhur musiqiçi Nil Yanq ABŞ Prezidenti Donald Trampı məhkəməyə verib. SİA-nın məlumatına görə, musiqiçi prezidenti seçki mitinqlərində mahnılarından icazəsiz istifadə etməkdə günahlandırır.

Tulzada təşkil edilən son mitinqdə “Rockin’ in the Free World” və “Devil’s Sidewalk” adlı mahnılarından icazəsiz şəkildə istifadə edildiyini bildirən Yanq Nyu York Federal Məhkəməsinə müraciət edib.

O, şikayət məktubunda bunları yazıb: “Bu şikayət seçdikləri namizədi dəstəkləməkdə azad olan ABŞ vətəndaşlarının haqlarına və mövqelərinə hörmətsizlik etmək məqsədi daşımır. Lakin ittihamçı vicdanı rahat şəkildə musiqinin separatçı, ABŞ-a müxalif cəhalət və nifrət kampaniyası üçün istifadə olunmasına icazə verə bilməz”.

Musiqiçi, müəllif hüquqları qanunlarına əsasən, proqnozlaşdırılan ən yüksək kompensasiyanı tələb edib.

Qeyd edək ki, Nil Yanq daha əvvəl Trampa məktub yazaraq narahatlığını dilə gətirmişdi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə