Dünyada bir ilk yaşandı: “SpaceX” fəzaya insan göndərdi - VİDEO

Dünya tarixi hadisəyə şahidlik edib. SİA xəbər verir ki, "SpaceX"in NASA-dan kömək alaraq kosmosa göndərdiyi ilk insanlı kosmik raketi uçuşu müvəffəqiyyətlə həyata keçirib.

Bununla da "SpaceX" kosmosa insan göndərən iik özəl şirkət olub. Uçuş ABŞ-ın Florida ştatındakı kosmik uçuş mərkəzindən həyata keçirilib.

Kosmik gəmidə iki astronavt olub, 49 yaşlı Lyuis Benken və 53 yaşlı Cerald Hörli.

Qeyd edək ki, NASA və "SpaceX" 10 ildən artıqdır ki, bu uçuşa hazırlaşır. NASA uçuşun həyata keçirilməsi üçün “SpaceX”ə 3 milyard dollar büdcə ayırıb. Mayın 27-də ilk cəhd üçün hazırlıq getsə də, əlverişsiz hava şəraiti səbəbindən bu, baş tutmamışdı.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə