20 il görmə qabiliyyətini itirmiş şəxs qəzadan sonra görməyə başlayıb - MARAQLI

Polşada uzun illər görmə qabiliyyəti zəif olan adam keçirdiyi qəzadan sonra yenidən görməyə başlayıb. Həkimlər hələ xəstənin necə sağaldığını dəqiq izah edə bilmirlər. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Polşanın Gorzow Wielkopolski şəhərində yaşayan Yanuş Goraj allergik reaksiya nəticəsində 20 il əvvəl sağ gözünün retinasını zədələyərək görmə qabiliyyətini itirib. Sol gözü isə yalnız forma və işığı görə bilirdi.

Goraj, Polşanın Polsat News kanalına verdiyi müsahibədə "möcüzə" adlandırdığı qəzaya, "Bir maşın məni vurduqdan sonra başım əvvəlcə maşına daha sonra asfalta çırpılıb. İki həftə sonra gözlərimin sağaldığını gördüm " deyərək başından aldığı zərbənin onu sağaltdığını düşünüb.

Polşalı həkimlər hələ Gorajın necə sağaldığını dəqiq izah edə bilməyiblər. Bundan əlavə, Goraj vəziyyətlə bağlı hər hansı bir araşdırma aparmağa imkan verməyib.

Bəzi mütəxəssislər, hip əməliyyatından sonra xəstənin yüksək dozada qəbul etdiyi antikoagulyantın gözlərinin bərpasına kömək etdiyini iddia edirlər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə