İranın ali rəhbərinin Twitterdə Rus hesabı

İranın ali lideri Ayətullah Əli Xameneinin Twitter mikrobloq servisində rus dilindəki hesabı diqqətdən yayınmayıb. SİA xəbər verir ki, həmin profildə ölkə rəhbərinin açıqlamaları və xəbərlərinın yayımlanacağı bildirilir.

"Mərhəmətli, Rəhmli Allahın adı ilə!", sözlərilə səhifədə ilk mesaj görünüb. Bu yazı İranın ali rəhbərinin ingilisdilli mikrobloqunda da yerləşdirilib.

Xameneinin profilində bu səhifədə "İslam inqilabı liderinin xəbərləri, mesajları və çıxışları" dərc ediləcəyi deyilir. Bütün materialların Xameneinin rus dilində təqdim olunan veb saytına da bir keçidi, əlaqəsi var.

Xatırladırıq ki, bu ilin yanvar ayında Twitter, İranın Ali Rəhbəri Əli Xameneinin ingilis dilində məlumat yayımladığı rəsmi hesabını müvəqqəti bağlayıb. İngilis dilli Twitter hesabından əlavə, Xameneinin Fars, Fransız və Ərəb dillərində səhifələri də mövcuddur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə