"Boeing"-in "Starliner" sınağı uğursuz olub

ABŞ-ın Boeing kosmik şirkəti tərəfindən Beynəlxalq Kosmik Stansiyaya (İSS) nəql etmək üçün hazırladığı "Starliner" daşıyıcısı ilk buraxılış testində planlaşdırıldığı kimi orbitə çata bilməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) məlumatına görə, Kape Kanerval bazasından kosmosa buraxıldıqdan sonra Yer orbitinə keçmək üçün yerləşdirilə bilməyib.

"Boeing"-in tərəfdaşı olan "United Launch Alliance" tərəfindən hazırlanan "Atlas 5" raketinin buraxılışı problemsiz olub. Lakin "Boeing" raketin atılmasından yarım saat sonra "raketin orbitə yerləşdirilməsi normal deyil", - deyə bildirilib.

Səlahiyyətlilər aparatın hələ də orbitdə olduğunu və uçuş nəzarətçilərinin fərqli seçimləri düşündüklərini söyləyib.
Şənbə günü ISS-ə çatması planlaşdırılan "Starliner"-in taleyi qeyri-müəyyən görünür.

Aparatda yüzlərlə ağac toxumu, "Boeing"in qurucusunun uçuş səyahət sənədi və “Rosie” adlı cansız bir model, həmçinin ISS-dəki altı astronavt üçün Milad hədiyyələri var idi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə