10 il ərzində bəşəriyyət azı 3 irimiqyaslı təbiət hadisəsi ilə üzləşəcək
Yaxın 10 il ərzində bəşəriyyətin azı 3 irimiqyaslı təbiət hadisəsi ilə üzləşəcəyi gözlənilir. SİA-nın Təbii Fəlakət Komitəsinin (DEC) mütəxəssislərinin yaydığı məlumata əsasən verdiyi xəbərə görə, 2011-2020-ci illər ərzində yer kürəsində 3-5 irimiqyaslı təbiət hadisəsinin baş verəcəyi proqnozlaşdırılır. Bildirilir ki, təbiət hadisələri əsasən iri şəhərlərdə çoxsaylı insan tələfatı ilə nəticələnəcək.
Məlumatda seysmik aktiv zonada yerləşən İranın paytaxtı Tehran, Türkiyənin İstanbul və Nepalın paytaxtı Katmandu şəhərləri xüsusi qeyd edilir. İnsan tələfatının sayını azaltmaq üçün həmin ərazilərdə yerləşən aşağı keyfiyyətli tikililərdə yaşayan insanların ucuz və yüksək keyfiyyətli tikililərə köçürülməsinin zəruriliyi qeyd edilir. Seysmik xəbərdarlıq tədbirlərinin, həmçinin fəlakətin xəbərdar edilməsi sisteminin mükəmməlləşdirilməsinin vacibliyi bildirilir.
Qeyd edək ki, cari ilin 19 mart tarixində Ay yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq. Alimlərin fikrincə, bu hal yer kürəsində zəlzələlərə, vulkan püskürmələrinə və iqlim dəyişiklərinə səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB