Ukrayna və İsrail arasında azad ticarət zonası genişdiriləcək

Ukrayna və İsrail arasında azad ticarət zonası genişdirilməlidir. Bu bəyanatla Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə rəsmi səfərdə olan İsrailin Baş naziri Benjamin Netanyahu ilə birgə keçirdiyi brifinqdə çıxış edib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollar təşkil edir.

“Biz ticari-iqtisadi əməkdaşlığın detallarını müzakirə etdik. Şübhə etmirik ki, iki ölkə arasında ticarət dövriyyəsi azad iqtisadi zonanın yaradılmasından sonra daha da artacaq”, - deyə Zelenski bildirib.

Xatırladaq ki, Zelenski artıq Ukrayna və İsrail arasında azad ticarət zonasının yaradılmasına dair razılaşmanın ratifikasiyasına dair qanunu imzalayıb. Razılaşma 60 gündən sonra qüvvəyə minəcək. V.Zelenski, həmçinin deyib ki, görüşdə iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişi ilə bağlı məsələlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə