İspaniyanın Barselona şəhərində qaçqınlara dəstək mitinqi keçirilib. Təşkilatçılar mitinqdə 300 min insanın iştirak etdiyini bildirib. Polis isə bu rəqəmin 160 min olduğunu elan edib.
İştirakçılar İspaniya hökumətini beynəlxalq hüquq normalarına əməl etməyə, Yaxın Şərq və Afrikadan gələn qaçqınlara sığınacaq verməyə çağırıblar.
Mitinqdə çıxış edən Barselona şəhərinin meri Ada Kolau deyib ki, Kataloniya paytaxtı insan haqlarına əməl olunan, ümid və sülh şəhəri olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB