"İslam Dövləti" terror təşkilatının silahlıları bu ilin yayından ələ keçirdikləri Palmira şəhərini yerlə-yeksan etməkdə davam edirlər. Onların tarixi abidələri məhv edərək, həmin abidələrin "Allaha şirk" olduğunu iddia etmələri növbəti vandalizm aktı ilə nəticələnib. SİA Livanın "Əs-Səfir" qəzetinə istinadən xəbər verir ki, terrorçular bu dəfə tarixi şəhərdə yerləşən arkaşəkilli triumfal zəfər tağını partladıblar. Məlumata görə, "İslam Dövləti" silahlıları bu dəfə ekvivalenti kifayət qədər çox olan partlayıcı maddələrdən istifadə ediblər. Partladılan zəfər tağı bizim eranın II əsrində inşa edilib və şəhərin ən görkəmli yerində yerləşib. Tarixi tikili üç hissədən ibarət olub və əsas hissəsinin hündürlüyü 20 metrə çatıb. Artıq məhv edilmiş abidə YUNESKO-nun siyahısında tarixi sərvətlərdən biri kimi qeyd olunub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB