Myanmada 650 məhkum əfv edildi

Bu gün Myanmada amnistiya qərarından sonra 200-ü siyasi məhbus olmaqla ümumilikdə 650 məhkum azadlığa buraxılıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu, ölkədə ikinci belə əfv fərmanının icrasıdır. Qeyd edək ki, Myanmada 2011-ci ilin oktyabrında imzalanmış əfv sərəncamı ilə 230 siyasi məhkum sərbəst buraxılmışdı.


Bütün xəbərlər Facebook səhifəmizdə