Liviya lideri Müəmmər Qəddafi ölkəsini tərk etmək istərsə, Türkiyə rəhbərliyi ona zəmanət verməyə hazırdır. SİA-nın xəbərinə görə, bunu Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan NTV kanalına müsahibəsində deyib. Baş nazir bildirib ki, Qəddafinin ona verilmiş zəmanətlərdən istifadə edərək Liviyanı tərk etməkdən başqa çıxış yolu yoxdur: "Biz bu zəmanətləri ona göndərdiyimiz nümayəndələr vasitəsilə vermişik. Qəddafiyə çatdırmışıq ki, ona seçdiyi istənilən ölkəyə getməkdə kömək edəcəyik.
Qəddafidən alacağımız cavabdan asılı olaraq bu məsələni müttəfiqlərimizlə müzakirə edəcəyik. Təəssüf ki, hələ də ondan cavab almamışıq", deyə baş nazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB