İndoneziyada pulsuz naharlardan zəhərlənənlərin sayı 2 min nəfərə yaxınlaşıb.
Bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarının açıqlamasına istinadən xəbər yayıb.
Qeyd olunur ki, Şərqi və Mərkəzi Yava, Qərbi Sumatra, Açeh və Cənubi Sulavesidə qeydə alınan hadisələr dövlət proqramı çərçivəsində təqdim olunan qidadan istifadə etdikdən sonra xəstələnən təxminən 1 950 şagird, müəllim və internat məktəblərinin şagirdlərini əhatə edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB