Tətildə faciə: 17 yaşlı gənc duşda elektrik cərəyanına qapıldı

Tətildə faciə: 17 yaşlı gənc duşda elektrik cərəyanına qapıldı

Yunanıstanın Kimolos adasında ailəsi ilə istirahətdə olan 17 yaşlı İrlandiya vətəndaşı duş qəbul edərkən elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ailənin adaya səfərindən cəmi üç gün sonra, avqustun 9-da baş verib. İlkin məlumata görə, gənc duş başlığını əlinə aldığı anda elektrik cərəyanına məruz qalaraq ölüb.

Hadisədən sonra polis araşdırmaya başlayıb. İstintaqın əsas diqqəti ailənin kirayə götürdüyü köhnə daş evin elektrik sisteminə, su qızdırıcısına və elektrik panosuna yönəldilib. Mütəxəssislər evdə elektrik sızmasına qarşı qoruyucu sistemlərin olub-olmadığını və nasazlığın baş verib-vermədiyini araşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə