"Müharibə başlasa..." - Bu dəfə İran ABŞ-l hədələdi

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin hərbi müşaviri Möhsün Rzayi CNN-ə verdiyi müsahibədə ABŞ ilə müharibə riski barədə danışıb. "Əvvəllər hücuma məruz qalmayan digər Amerika bazalarına zərbə endirməklə müharibəyə yeni bir ölçü qatacağıq", - deyə o əlavə edib.

Onun sözlərinə görə, müharibə yenidən başlasa, İran hərbi əməliyyatları Fars körfəzindən kənara - Hörmüz boğazından Hind okeanına, Babül-Məndəb boğazına, Qırmızı dənizə və Aralıq dənizinə köçürə bilər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə