...Rusiya tərəfindən Ukraynaya qarşı başlanan müharibədə dönüş nöqtəsi baş verib. Bu barədə şirkətin baş dizayneri və həmtəsisçisi Denis Ştilerman 3 iyunda dərc olunmuş “Qordon” nəşrinin baş redaktoru Alesya Batsmanla müsahibəsində bildirib.
...Ştilermanın sözlərinə görə, bu, logistika sahəsindəki dəyişiklik və Krıma doğru quru dəhlizi üzərində atəş nəzarətinin qurulması ilə bağlıdır.
O, iddia edir ki, bu, təchizat problemləri səbəbindən Rusiya qoşunlarının geri çəkilməsinə səbəb ola bilər və mövcud vəziyyəti hərbi əməliyyatlarda əsas dönüş nöqtəsi adlandırır.
...Tariximizdə ilk dəfə olaraq, həqiqətən də Rusiya İmperiyasını məhv etmək imkanımız var. İndi isə Rusiya mümkün olan hər şeyi edəcək... Onlar dövlətlərinin süqutunun astanasında olduqlarını çox yaxşı başa düşürlər. İndi onlar özlərini xilas etmək üçün həm Ukraynada, həm də dünyada hər bir mümkün faydalı axmağı, hər bir agentini işə götürəcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Denis Ştilerman bəyan edib. O, həmçinin "müxtəlif təxribatlara" hazırlaşmağı məsləhət görüb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB