TV8-in məşhur yarışma proqramı "Survivor 2026"da Dominikan macərasının sonuna yaxınlaşılır. Günlərdir tamaşaçıların maraqla gözlədiyi "Survivor"un böyük finalının keçiriləcəyi tarix rəsmən açıqlanıb.
Yanvarın 1-də başlayan və aylarla davam edən çətin mübarizə artıq həlledici mərhələyə qədəm qoyub. Fərdi toxunulmazlıq oyunlarının sürətləndiyi, Sudenin yarışmadan ayrılması və Ramazan Sarının gözlənilməz zədəsi ilə balansların dəyişdiyi yarışmada diqqətlər final həftəsinə yönəlib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Survivor Ekstra" proqramında çıxış edən layihənin rəhbəri Acun Ilıcalı milyonlarla tamaşaçının maraqla gözlədiyi final təqvimini açıqlayıb.
Acun Ilıcalının sözlərinə görə, "Survivor 2026" iyun ayının ortalarında canlı yayımda tamaşaçılarla vidalaşacaq. Üç gün davam edəcək final mərhələsinin proqramı belədir:
17 iyun 2026, çərşənbə – Yarımfinalın birinci mərhələsi
18 iyun 2026, cümə axşamı – Yarımfinalın ikinci mərhələsi
19 iyun 2026, cümə – Böyük final və çempionluq gecəsi
Acun Ilıcalı bildirib ki, yarışmada daha ədalətli rəqabət mühiti yaratmaq məqsədilə final mərhələsinə yaxın SMS səsverməsi tamamilə dayandırılacaq.
Yeni qaydalara əsasən, çempionun müəyyənləşməsində yalnız iştirakçıların fərdi performansı, sürəti və oyunlardakı statistik göstəriciləri həlledici rol oynayacaq. Beləliklə, qalibin taleyini tamaşaçı səsverməsi deyil, yarışmaçıların meydandakı nəticələri müəyyən edəcək.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB