Məşhur müğənni İbrahim Tatlıses ilə 2011–2013-cü illərdə evli olmuş, bu nikahdan Elif Ada adlı qızı dünyaya gələn Ayşegül Yıldız siyasətə qoşulması ilə yenidən gündəmə gəlib.
Uzun müddət ictimaiyyətin diqqətindən kənarda qalan Ayşegül Yıldız Türkiyə Böyük Millət Məclisində keçirilən Milliyyətçi Hərəkat Partiyası (MHP) qrup toplantısında iştirak edib. Tədbir zamanı MHP sədri Devlet Bahçeli ilə görüşən Yıldız partiyaya qoşulduğunu sosial media hesabında paylaşdığı açıqlama ilə təsdiqləyib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ayşegül Yıldız paylaşdığı videoda Devlet Bahçelinin çıxışını dinlədiklərini bildirərək, onun nitqini “tarixi və üfüq açan müraciət” kimi qiymətləndirib. O, həmçinin Bahçeli ilə görüşdüyünü, onun xeyir-duasını aldığını qeyd edib.
Ankara səfəri çərçivəsində Anıtkabir memorial kompleksini də ziyarət edən Yıldız paylaşımında bunları yazıb:
“Ankara proqramımızı, fikirlərinə, siyasi xəttinə və bizə əmanət qoyduğu dəyərlərə sahib çıxdığımız, açdığı yola və göstərdiyi hədəflərə sadiq qaldığımız Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkü Anıtkabirdə dualarla andıq. Onun izi ilə getmək əzmimizi bir daha yenilədik. Liderimizin rəhbərliyi altında, müqəddəs amalımız və İstanbulumuz naminə birlik içində qətiyyətlə çalışmağa davam edəcəyik.”
Ayşegül Yıldızın MHP sıralarına qoşulması Türkiyə ictimaiyyətində maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB