Gizli NLO bazaları aşkarlandı: keçmiş MKİ zabitindən sensasion iddia...

Daily Mail: Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) zabiti Yer kürəsində yadplanetli bazalarının olduğunu iddia edir...

...ABŞ Kəşfiyyat Agentliyinin keçmiş zabiti Yer kürəsində yadplanetli bazalarının mövcudluğundan xəbərdar olduğunu iddia edir.

SİA xəbər verir ki, Daily Mail-in məlumatına görə, bu məlumatı Ordu kəşfiyyat veteranı Lin Byukanan açıqlayıb.

Hərbi və kəşfiyyat məqsədləri üçün paranormal qabiliyyətləri araşdıran “Ulduz qapısı” layihəsi (1978-1995) üzərində işləyən Lin Byukan hadisələrlə bağlı öz versiyasını paylaşdı. Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatında layihənin uğursuz adlandırılmasına baxmayaraq, Byukanan bunun əksini iddia edir.

Onun sözlərinə görə, yadplanetlilərin bazalarının yerləşməsi haqqında ilk məlumat 1973-cü ildə hökumət təcrübəsində iştirak edən keçmiş polis məmuru Pat Praysdan gəlib.

Bu məlumat daha sonra MKİ-nin 8200 layihəsi tərəfindən təsdiqlənib.

Byukanan Alyaskadakı Hayes dağı, Avstraliyadakı Zeal dağı, Zimbabvedəki İnyangani və Pireney dağları kimi yerlərdə potensial bazaları izləmək tapşırılıb. O, həmçinin bu məqsədlə paranormal qabiliyyətlərdən istifadə edib.

Byukanan görə, hər bazanın öz məqsədi var idi: Alyaska kəşfiyyat toplamaq üçün, Avstraliya naməlum uçan obyektləri endirmək üçün, Zimbabve isə yadplanetlilərin texnologiyası üçün təmir mərkəzi idi.

Lakin hazırda bu bazaların mövcudluğuna dair rəsmi təsdiq yoxdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə