Dallas şəhərinin mərkəzində yerləşən binanın üzərindəki nəhəng balina divar rəsminin müəllifi olan rəssam Uayland FİFA və digər tərəflərə qarşı 25 milyon dollarlıq məhkəmə iddiası qaldırıb. O, qarşıdan gələn Dünya Kuboku oyunlarının reklamı məqsədilə öz əsərinin qanunsuz şəkildə örtüldüyünü iddia edir.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təxminən 30 il ərzində şəhərin simvollarından biri hesab edilən divar rəsmi ötən ay işçilərin onun üzərini rəngləməyə başlamasından sonra gündəmə gəlib. Bu addım əsərin böyük ölçüsü və okeanların mühafizəsinə dair verdiyi mesajı yüksək qiymətləndirən yerli sakinlərin narazılığına səbəb olub.
Rəssamın sözlərinə görə, o, binanın iki divarı boyunca uzanan və təxminən 17 min kvadrat fut sahəni əhatə edən möhtəşəm rəsmi əl ilə yaradıb. Uayland hesab edir ki, əsərin üzərinin örtülməsi müəllif hüquqlarının pozulmasıdır və buna görə təzminat tələb edir.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB