İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İrana çox güclü iqtisadi və hərbi təzyiq göstərdiyini bildirib. Bu barədə o, "X" sosial şəbəkəsindəki videomüraciətində Trampla bu yaxınlarda telefon danışığı apardığını qeyd edərək bildirib.
"Mən sizə söz vermişdim ki, biz Yaxın Şərqin simasını dəyişəcəyik və məhz bunu da edirik. İlk növbədə – İran. Prezident Trampla əla danışığım oldu. O, İrana çox güclü təzyiq göstərir - həm iqtisadi, həm də hərbi. Biz tam koordinasiyada fəaliyyət göstəririk", - Netanyahu qeyd edib.
O əlavə edib ki, analoji yanaşma Livana münasibətdə də tətbiq edilir. Onun sözlərinə görə, İsrail Livanla tarixi sülh prosesinə başlayıb, lakin radikal "Hizbullah" qruplaşması bunu pozmağa çalışır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB