“Putinin süqutu qaçılmazdır...”

Domino effekti artıq başlayıb...

...Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Suriyanın keçmiş prezidenti Bəşər Əsəd, Venesuela prezidenti Nikolas Maduro və İranın ali lideri Əli Xamenei rejimlərinin süqutundan sonra Rusiyanın dünyada təsirinin sürətlə azaldığını qeyd edib.

SİA-nın məlumatına görə, bu açıqlamanı Ukraynanın xarici işlər naziri Andriy Sibiqa verib.

O, Vladimir Putinin ən yaxın tərəfdaşlarına kömək edə bilməyən etibarsız müttəfiq olduğunu sübut etdiyini qeyd edib.

Müttəfiqlərin itirilməsi və Rusiyanın təsirinin azalması...

Sibiga qeyd edib ki, bir ildən bir az çox müddətdə Rusiya lideri üç əsas əlaltısını - Əsəd, Maduro və Xameneini itirib. Üstəlik, Moskva kritik anda onların heç birinə effektiv yardım göstərə bilməyib.

Nazirin sözlərinə görə, bu dinamika üç vacib faktı sübut edir. ...Birincisi, Rusiya hətta tamamilə ondan asılı olan rejimlər üçün belə etibarlı müttəfiq deyil.

...İkincisi, Rusiya Ukraynaya qarşı heç vaxt qalib gələ bilməyəcəyi "mənasız müharibə"də batdığı halda, onun qlobal təsiri kəskin şəkildə azalır.

Putin rejiminin süqutunun qaçılmazlığı...

Nazir diktatorların devrilməsi prosesinin sonda Putinin özünün süqutuna səbəb olacaq "domino effekti" olduğunu vurğulayıb.

...Putinin süqutu qaçılmazdır. Birlikdə bu sevincli günü yaxınlaşdırmaq və bütün Rusiya cinayətlərinə görə məsuliyyət daşımaq üçün bütün səylərimizi göstərməliyik. Ədalət qaçılmazdır, - deyə Sibiqa bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə