Belaruslu qadın üç uşaq dünyaya gətirib, lakin...

Mürəkkəb bir hekayə...

...Və belaruslu bir qadın dünyaya gətirdiyi uşaqların həqiqətən də ona məxsus olduğunu sübut etmək üçün DNT testindən keçməli olub..?

SİA-nın əldə etdiyi məlumata görə, BelTA xəbər verir ki, bu mürəkkəb hekayənin təfərrüatları Belarusun Brest bölgəsi üzrə dövlət məhkəmə ekspertizası komitəsi tərəfindən açıqlanıb.

...Deməli, Brest bölgəsinin sakini çətin vəziyyətdə qalıb. Belə ki, Əfqanıstanlı bir gəncə aşiq olan belaruslu qız əri ilə birlikdə onun vətəninə köçüb.

Və cütlüyün Əfqanıstanda üç uşağı vdünyaya gəlib. Lakin yerli qanunlara görə, yetkinlik yaşına çatmayanların sənədlərində yalnız atanın adı qeyd olunub.

...Ölkədəki iğtişaşlar səbəbindən ailə Belarusa qayıtmaq qərarına gəlib.

Və Belarusa qayıtdıqdan sonra onların, əslində isə ananın sənədlərində problem yaranıb. Belaruslu qadın uşaqlarının Belarus vətəndaşlığını almaq və analıq hüququnu sübut etmək üçün genetik testdən keçməli olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə