...Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli sülh danışıqları 2026-cı ilin yanvar ayından bəri Əbu-Dabidə keçirilir.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsinin 2027-ci ildə başa çata biləcəyinə inanır. SİA xəbər verir ki, Ukrayna lideri bunu Fransanın "France 2" televiziya kanalına verdiyi müsahibədə bildirib.
Zelenskinin sözlərinə görə, hazırda onun əsas vəzifəsi müharibəyə son qoymaqdır. Bu baxımdan, onun “komandası hazırda danışıqlar aparır”. (Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli sülh danışıqlarına istinadən - redaktorun qeydi).
…Zelenski vurğulayıb ki, Kiyev müharibəyə son qoymaq üçün belə Donetsk bölgəsindən qoşunlarını çıxarmağa razı olmayacaq, çünki bu, Ukrayna Konstitusiyasına ziddir.
O, sülh danışıqlarında Ukrayna nümayəndə heyəti üçün bu "qırmızı xətlər"i adlandırıb.
Prezident hətta hazırkı təmas xətti boyunca atəşkəsi belə Ukraynanın müharibəyə son qoymaq üçün etməyə hazır olduğu əsas kompromis hesab edir.
Ukrayna lideri qeyd edib ki, hətta sülh danışıqları zamanı belə, Rusiya Ukraynanın mülki infrastrukturunu atəşə tutmağa və cəbhədə irəliləməyə cəhd etməyə davam edir…təbii ki, bu, şəxsi heyətdə də böyük itkilər verir. O hesab edir ki, bu, Vladimir Putinin sülh müqaviləsi bağlamaqda ciddi olmadığını göstərir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB