Moskvada etnik rusların nisbətində kəskin azalma gedir...

Üç nəsil ərzində Rusiya paytaxtında doğulan etnik rusların nisbəti cəmi 5 faizdir...

...Moskva əhalisində etnik rusların nisbəti azalır. Rusiya paytaxtında ermənilərin, taciklərin və qırğızların sayı artmaqdadır, slavyan əhalisinin sayı isə azalma tendensiyası müşahidə olunur.

SİA xəbər verir ki, Mk.ru saytının məlumatına görə, bu nəticələrə Beynəlxalq İştirakla keçirilən "Genetika-2025" Elmi-Praktik Konfransında təqdim olunan hesabatların müəllifləri gəliblər.

Genetika mütəxəssisləri miqrantların aktiv axınının Rusiya paytaxtının genofondunun strukturuna təsir etdiyini və yerli etnik qrupların sayının azalmasına səbəb olduğunu bildiriblər. Mütəxəssislərin fikrincə, oxşar proseslər əhalisi bir milyondan çox olan Rusiyanın digər şəhərlərində də baş verir.

Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun Əhali Genetikası Laboratoriyasının baş elmi işçisi Alesya Qraçeva miqrantların daha yüksək doğum nisbətlərinə sahib olduğunu qeyd edib.

Tədqiqatçılar müxtəlif etnik qruplar arasında doğum nisbətlərini göstərən xəritə tərtib ediblər və ən yüksək nisbətlərin Özbəkistan, Azərbaycan və Ermənistandakı immiqrant mənşəli ailələr üçün xarakterik olduğu qənaətinə gəliblər.

...Əsas əhali çox qarışıq mənşəli bir qrupdur.

Bunu Qraçeva deyir.

Moskvada üç nəsil ərzində anadan olan rus etnik mənsublarının payı cəmi 5 (!) faizdir. Mütəxəssislər hesab edirlər ki, doğum nisbətlərindəki bu fərqlər nəticədə Rusiya əhalisinin etnik və dini tərkibinə təsir göstərə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə