Zelenski: Moskva yenə uduzdu...

Ukrayna UNESCO-nun İcraiyyə Şurasına seçildi...

Ukrayna UNESCO-nun İcraiyyə Şurasının üzvü olacaq.

Seçkilərdə ən çox səs topladı.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bunu Telegram-da elan edib.

...Bu gün Ukrayna ən çox səs toplayaraq 2025-2029-cu illər üçün UNESCO-nun İcraiyyə Şurasına seçildi. Rumıniya və Moldova ilə birlikdə biz Rusiyanı üstələdik: Moskva ikinci dəfə seçkilərdə uduzdu və Şuraya qoşulmayacaq, - deyə prezident qeyd edib.

Ukrayna dövlət başçısı Ukraynanın namizədliyini dəstəkləyən ölkələrə təşəkkür edib.

Zelenskinin sözlərinə görə, Ukrayna həyatı bərpa etmək və Ukrayna mədəniyyətini, irsini və xalqını qorumaq üçün UNESCO-nun təklif etdiyi bütün imkanlardan istifadə edəcək. ...Biz Rusiyanın bütün təcavüz formalarının - istər müharibə, istərsə də hibrid təhdidlərin - adekvat şəkildə qarşılanmasını təmin edəcəyik. Sülhə alternativ yoxdur. Moskvanın bunu dərk etməsinin vaxtıdır, - deyə o əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə