Şənbə günü səhər yerli sakin Estoniyanın Pärnu qraflığında Luitemaa təbiət qoruğunda dron parçası aşkar edib. İlkin məlumata görə, o, dənizdən sahilə çıxan daha böyük pilotsuz təyyarənin bir hissəsi olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ERR xəbər verir.
KAPO-nun mətbuat xidmətinin məlumatına görə, Estoniya Təhlükəsizlik Polisi (KAPO), Polis və Sərhəd Mühafizə İdarəsi və Xilasetmə Şurası hadisə yerində işləyir, əcnəbi dron parçasının Estoniya sahillərinə necə düşdüyü və hansı şəraitdə dənizə düşdüyünə dair sübutlar toplayır.
Hazırda pilotsuz təyyarənin Estoniya hava məkanında olduğunu və ya burada qəzaya uğradığını təsdiqləyən heç bir məlumat yoxdur.
Mövcud məlumata görə, pilotsuz uçan aparatda partlayıcı maddə olmayıb.
Bununla belə, KAPO Rusiyanın Ukraynaya təcavüzünə dair sübutların toplanması üçün 2022-ci ildə başlanmış cinayət araşdırması çərçivəsində hadisənin baş vermə şəraitini araşdırır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə