Serbiya ilə Kosovo arasında gərginlik yenidən alovlanır

Serbiya Kosovo ofisinin direktor müavini İqor Popoviçin Kosovoda həbsindən sonra normallaşma prosesinin dayandırıldığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Serbiyanın Kosovo Ofisinin direktoru Petar Petkoviç müavini İqor Popoviçin Kosovo Azadlıq Ordusuna qarşı bəyanatlarına görə həbs olunduqdan sonra Kosovo ilə normallaşma prosesinin dayandırıldığını açıqlayıb.

Petkoviç, Kosovo hökumətinin qanunun aliliyindən sui-istifadə etdiyini iddia edərək deyib: "Popoviç sərbəst buraxılana qədər Kosovo ilə normallaşma prosesini dayandırırıq".

Petkoviç Kosovo ilə dialoq prosesinin dayandırılması ilə bağlı Avropa İttifaqındakı bütün müvafiq nümayəndələri məlumatlandırdığını bildirib və serbləri aşağılamaq cəhdlərinin edildiyini iddia edib. Serbiyanın Kosovo ofisinin direktor müavini Popoviç iyulun 18-də Kosovo hakimiyyəti tərəfindən saxlanılıb və iyulun 20-də Kosovoda çıxışı zamanı Kosovo Azadlıq Ordusunu “terror təşkilatı” adlandırdığına görə həbs edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə