Rusiyalı politoloq BRİKS-in nə olduğunu izah edir...

Rusiyalı filosof və politoloq Aleksandr Duqinin fikrincə, BRİKS qlobal əksəriyyətin maraqlarını əks etdirən alyansdır və çoxqütblülüyünü dəstəkləyən əsas strukturdur.

SİA-nın məlumatına görə, İnosmi üçün BRİKS-in gələcəyinə və Braziliyanın roluna həsr olunmuş məqaləsində Duqin vurğulayıb ki, bu assosiasiya “Böyük bəşəriyyəti” təmsil edir və çoxqütblü dünyanın formalaşmasında aparıcı qüvvədir. Rusiyalı hesab edir ki, bəşəriyyəti tam təmsil etmək və köhnəlmiş BMT-ni potensial əvəz etmək üçün BRİKS-ə yalnız kollektiv Qərb ölkələri çatışmır.

Lakin onun sözlərinə görə, Qərb çoxqütblülüyünü tanımaqdan imtina edərək birqütblü dünya konsepsiyasına sadiq qalmaqda davam edir.

Duqin iddia edir ki, birqütblülük artıq keçmişdə qalıb. Əvvəllər hakim olan birqütblü sistemdən çoxqütblü sistemə keçid hazırkı qlobal vəziyyətin əsas xüsusiyyətidir.

Birqütblü dünyanın sonu yaxınlaşır, çoxqütblülük isə doğan günəş kimi güclənir və BRİKS dövrünün başlanğıcından xəbər verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə