“Avropa bəyan edib ki, Rusiyanı məğlub etmək mümkün deyil..?”

Slovakiyalı Avropa Parlamentinin deputatı Lubos Blaha Qərb güclərinin daim müharibələrə başlayacağını, lakin Rusiyanın həmişə müharibələrə qalib gələcəyini bildirib.

SİA bu barədə, təbii ki, rus saytlarına TASS-a istinadən xəbər verir. ə

Deməli, avropalı deputat vurğulayıb ki, Qərbi Avropalıların “imperialist və müstəmləkəçilik instinktləri” dayanmasa, o zaman kollektiv Qərblə Rusiya Federasiyası arasında həmişə döyüş meydanı olacaq.

Avropa Parlamentinin deputatı qeyd edib ki, Qərb dövlətləri “Napoleon dövründə, Birinci Dünya Müharibəsində və İkinci Dünya Müharibəsində” uduzduqları fikri ilə barışa bilmirlər. Onlar həmişə müharibəyə başlamaq istəyirlər. Amma sonda Rusiya həmişə qalib gələcək.

Bunu da Blaqa əlavə edib.

Bundan əvvəl ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter amerikalı hərbçilərin mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak edə biləcəyini bildirərək, Rusiyadan fərqli olaraq ABŞ-ın yaddaqalan tarixə lazımi əhəmiyyət verməməsindən təəssüfləndiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə