Rumıniyalı xəzinə ovçusu təpədə qədim Roma sikkələrini tapıb

...Rumıniyadan olan xəzinə ovçusu 43 yaşlı Bebe Manjak Letki Veçe kəndindəki təpədə 1500 Roma sikkəsi tapıb.

SİA-nın məlumatına görə, bu barədə Jam Press yazıb. Aprelin 19-da bir adam xəzinə ovçusu ilə təpəyə çıxıb və cihazın fərqli siqnal səsini eşidib.

Daha sonra Manjak dərhal xəzinə tapacağını hiss etdiyini bildirib. O, torpağı qazıb və keramika qırıqlarını, ilk gümüş sikkələri görüb.

Ümumilikdə Manjak təxminən 1700 il əvvəl basdırılmış 1469 gümüş dinar kəşf edib.

Bir sıra sikkələrdə imperator Trayan (53-117) və fillər təsvir edilmişdir. Onlar Romada məşhur ikonoqrafiya simvolu idi. Rumıniya qanunlarına görə, tapıntı 72 saat ərzində səlahiyyətli orqanlara təhvil verilməlidir.

Polis sikkələrin Bebe Manjaka verilməsinə kömək edib. Xəzinənin tapıldığı təpə arxeoloji abidə elan ediləcək. Orada əlavə qazıntılar aparılacaq.

Tapılan sikkələr muzeydə sərgilənəcək. Tapılan xəzinənin ümumi dəyəri hələ hesablanmayıb. Rumıniya qanunlarına görə, onlar xəzinə kimi tanınsa, Manjak onların dəyərinin 45 faizini, yoxsa 30 faizini alacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə