Serbiyanın Novı Sad şəhərində 2024-cü il noyabrın 1-də dəmiryolu vağzalında baş verən qəzada ölənlərin sayı 16-ya yüksəlib. SİA xəbər verir ki, qəzada ağır yaralanan 19 yaşlı tələbə xəstəxanada dünyasını dəyişib. Ağır yaralanan daha bir yaralı hələ də xəstəxanadadır.
Faciəli qəza ölkədə gündəmi dəyişib, tələbələrin kütləvi etirazlarının alovlanmasına səbəb olub. Nəticədə baş nazir və digər nazirlər istefa verib, Serbiya Milli Assambleyası hökumətin istefası təsdiqləyib. Aprelin 18-dək yeni hökumət formalaşdırılmalıdır.
Xatırladaq ki, stansiya binasının tavanının çökməsi nəticəsində 14 nəfər hadisə yerində həlak olub, ağır yaralanan iki nəfər isə bir müddət sonra xəstəxanada dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə