Zelenski Ukraynada seçkilərin keçiriləcəyi tarixləri açıqlayıb

Ukraynada prezident seçkiləri yalnız hərbi vəziyyət aradan qaldırıldıqdan sonra keçiriləcək.

SİA-nın məlumatına görə, bunu YouTube kanalında yayımladığı mətbuat konfransında Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

...Ukraynada prezident seçkiləri hərbi vəziyyətin ləğvindən sonra keçiriləcək, - deyə o, seçki kampaniyası üçün vaxt çərçivəsini açıqlayıb.

Eyni zamanda, Ukrayna lideri qeyd edib ki, əgər bu, Ukraynanın NATO-ya üzv olmasına imkan yaradacaqsa, o, prezident postunu tərk etməyə hazırdır. Bundan əlavə, Zelenski əlavə edib ki, o, ölkəni onilliklərlə idarə etmək niyyətində deyil.

Bundan əvvəl Rusiyada Vladimir Zelenskinin istefası ABŞ prezidenti Donald Trampın Ukraynaya təzyiqinin ehtimal olunan məqsədi adlandırılmışdı. Bu barədə politoloq Dmitri Suslov Amerika rəhbərliyinin Ukrayna hakimiyyətinə qarşı sərt ritorikasını şərh edərkən danışıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə