Antalyada ən azı 50 otel bağlanıb. Bu, Boluda baş verən böyük yanğınla bağlı aparılan yoxlamadan sonra baş verib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.
Qeyd olunur ki, bağlanan bütün otellərdə qanun pozuntuları aşkarlanıb.
Bundan əlavə, yerli media İstanbulda qanunu pozan bütün mehmanxanaların bazar ertəsinə qədər bağlanacağını da bildirib.
Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Türkiyənin Kartalkaya dağ-xizək kurortunda yerləşən Grand Kartal otelində güclü yanğın baş vermişdi. Nəticədə 78 nəfər həlak olub. Daha sonra mətbuatda yanğının mətbəxdə aşpazların səhvi ucbatından başladığı xəbəri yayılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə