Ukrayna hərbçilərindən Şimali Koreya əsgərləri ilə bağlı etiraflar...

Söhbət təkcə təslim olmaq istəməməkdən getmir...

...Şimali Koreya əsgərləri “vaqnerit”lərdən xeyli fərqlənirlər.

Etiraf edilməlidir ki, Ukrayna Silahlı Qüvvələri onlara Kursk vilayətində müqavimət göstərməkdə çətinlik çəkirlər.

Ukrayna hərbçiləri bildiriblər ki, Rusiyanın Şimali Koreya müttəfiqləri təlimləri, dözümlülüyü və yüksək atəş dəqiqliyi ilə seçilirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri “The New York Times” qəzetinə müsahibəsində bildiriblər.

...Düşmənin atıcı silahlarla vura bildiyi pilotsuz təyyarələrin sayı təəccüblüdür.

Qeyd edilməlidir ki, bunu bir müddət bundan əvvəl 80-ci Hava Hücum Briqadasının keçmiş əsgəri Yuri Bondar dilə gətirib.

Təbii ki, o burada “dümən” kimi Şimali Koreya əsgərlərini nəzərdə tutur.

Təsadüfi deyil ki, Ukrayna hərbçiləri Şimali Koreyalıların təzyiqlərinin artması səbəbindən Kursk vilayətində mövqelərini müdafiə etməkdə çətinlik çəkirlər.

...Onlar zəif yerləri tapıb yarırlar.

Bunu isə tağım komandiri ukraynalı Aleksey deyir.

Yuri Bondar komandirlərdən birinə istinad edərək bildirib ki, Kim Çen Inın əsgərləri ilə müqayisədə “vaqnerit”lər “sadəcə uşaqlar” idilər.

...Şimali Koreya hərbçilərinin xarakterik xüsusiyyətlərindən biri də, əksər hallarda onların təslim olmaq istəməməsidir. Yəni onlar qumbaraları partladıb özlərini məhv edirlər..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə