Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun bildirib ki, Türkiyə Radio və Televiziya Qurumu - TRT, Anadolu Agentliyi - AA və müstəqil media orqanları İsrailin Qəzzada törətdiyi zülmü dünyaya bəyan etmək üçün apardıqları mübarizədə böyük uğurlara imza atıblar.
SİA türk saytlarına istinadən xəbər verir ki, Ankarada keçirilən II Rabitələr Şurasının Hazırlıq Seminarında çıxış edən F.Altun deyib: “Qlobal böhranlar artıb.
Türkiyə prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyində “Hamı üçün ədalət” şüarı ilə beynəlxalq arenada konstruktiv rol oynayır.
Ölkəmizin konstruktiv rolu və region dövlətlərinin sabitlik axtarışına verdiyi töhfə beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır.
İsrailin Qəzzada işğalını və Fələstin vətəndaşlarına qarşı törətdiyi qətliamları dayandırmaq üçün dəfələrlə dünya ictimai rəyini hərəkətə keçməyə çağırdıq. Bu prosesdə bütün rabitə qurumlarımız - TRT, AA və müstəqil media orqanları İsrailin Qəzzadakı zülmünü bütün dünyaya çatdırmaq üçün çox mübarizə aparır və böyük uğur qazanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə