Bayden ABŞ-ın müvəqqəti büdcə qanun layihəsini imzalayıb

ABŞ-ın hazırkı prezidenti Cozef Bayden müvəqqəti büdcə qanun layihəsini imzalayıb və bununla da federal hökumətin rəsmi bağlanmasına son qoydu.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilir ki, yeni qanun layihəsində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və fermerlərə kömək üçün vəsaitin ayrılması nəzərdə tutulur.

Yeni qanunda nəzərdə tutulan federal departamentlərin maliyyələşdirilməsi müddətinin sonuna kimi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyası artıq hakimiyyətdə olacaq.

Bundan əvvəl ABŞ federal hökuməti işləri dayandırmışdı. Bu, dekabrın 20-də Vaşinqton vaxtı ilə gecə yarısına qədər ABŞ Senatının müvəqqəti büdcə layihəsini razılaşdırmağa vaxtının olmaması səbəbindən baş verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə