Simferopol ətrafında qaz daşıyıcısının yanmasına səbəb, ilkin məlumatlara görə, təhlükəsizlik qaydalarının pozulması olub. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın Krım üzrə İstintaq Komitəsinin mətbuat xidməti bildirib.
Xatırladaq ki, noyabrın 12-də Simferopol ətrafında texniki baxış məntəqəsinin ərazisində qaz daşıyıcısı yanıb.
Yanğın sahəsi 50 kvadratmetr olub, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
...Müstəntiqlər hadisə yerinə baxış keçirib və bir sıra ekspertizalar təyin ediblər. Yanğının ilkin səbəbi təhlükəsizlik qaydalarının pozulması olub, - mətndə deyilir.
Qeyd olunur ki, çən yarımqoşqu təmir işləri aparılan zaman yanıb. İki işçi ağır yaralanıb, onların hər ikisinin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulmasına səbəb olan əməyin mühafizəsi tələblərinin pozulması maddəsi ilə araşdırma aparılır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə