Netanyahu iddiaları təkzib etdi

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi N13 telekanalının Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına İsrailin razılıq verməsi barədə məlumatı təkzib edib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisindən verilən açıqlamada deyilir.

“N13 kanalının İsrailin Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına razılıq verdiyi barədə xəbəri yalandır. Bu, poliomielit peyvəndi üçün döyüş əməliyyatlarında fasilə deyil, yalnız Qəzza zolağında bunun üçün müəyyən yerlərin ayrılmasıdır”, - deyə bildirilib.

Qeyd olunub ki, peyvənd üçün yerlərin ayrılması təklifi təhlükəsizlik kabinetinə təqdim edilib və müvafiq mütəxəssislərin dəstəyini alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə