Nigeriyada daşqınlar 33 can aldı

Nigeriyanın Ciqava əyalətində günlərdir davam edən yağışlar səbəbindən baş verən daşqınlarda həyatını itirənlərin sayı 33-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ciqava əyalətindən gələn Nigeriyanın müdafiə naziri Mohammed Badaru Abubakar bölgədə günlərdir davam edən yağışların səbəb olduğu daşqınlarla bağlı açıqlamalar verib.

Abubakar qeyd edib ki, daşqınlar nəticəsində həyatını itirənlərin sayı 33-ə çatıb. Daşqının əyalətin 14 yerli özünüidarəetmə bölgəsində 50 min adama təsir etdiyini bildirən Abubakar, 11 min 500-dən çox evin su altında qaldığını bildirib. Tropik iqlim zonasında olan Nigeriyanın Bauçi əyalətində daşqınlar nəticəsində 28 nəfər həyatını itirib. Nigeriyanın Su Nazirliyi ölkənin bəzi bölgələri üçün güclü yağış və daşqın xəbərdarlığı edib.

Bütün xəbərlər Facebook səhifəmizdə