Oteldə yanğın hadisəsi, 6 nəfər ölüb

Oteldə yanğın hadisəsi, 6 nəfər ölüb

Cənubi Koreyada bir oteldə baş verən yanğında çoxlu insan ölüb və yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Seulun qərbində, Bucheonda 9 mərtəbəli otelin 8-ci mərtəbəsində naməlum səbəbdən yanğın baş verib. Səlahiyyətlilər yanğında 6 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb. Yanğınsöndürənlər yanğının nəzarət altına alındığını, lakin ölən və yaralananların sayının arta biləcəyini bildiriblər.

Yanğının başvermə səbəbləri araşdırılır.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə