Moskvalı qadın iki mənzil sataraq pulunu fırıldaqçılara verib

Moskvalı qadın iki mənzil sataraq pulunu fırıldaqçılara verib

Moskvadan olan təqaüdçü iki mənzil sataraq telefon fırıldaqçılarına 19,1 milyon rubl verib. Bu barədə paytaxt prokurorluğu öz Telegram kanalında məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 76 yaşlı qadınla bank işçisi əlaqə saxlayıb və bildirib ki, naməlum şəxslər rusiyalı qadının hesablarını idarə etmək üçün etibarnamə alıblar. O, Moskva sakinini əlindəki bütün pulları, o cümlədən evdə saxlanılan nağd pulu “seyf hesaba” köçürməyə inandırıb. Təqaüdçü də razılaşdı.

Bir müddət sonra fırıldaqçılar qadına yenidən zəng edərək onun Polbina küçəsindəki mənzilinin satışa çıxarıldığını bildiriblər. Onlar dedilər ki, evi xilas etmək üçün sahibinin etdiyi “uydurma” alqı-satqı əməliyyatı etmək lazımdır. Eyni sxemdən istifadə edərək, moskvalı Krasnodarskaya küçəsindəki ikinci mənzilini satmağa razı olub.

Qeyd edək ki, bir müddət bundan əvvəl müğənni Larisa Dolina dələduzların qurbanı olub. Fırıldaqçılar kredit götürmək üçün sənətçinin Moskva yaxınlığındakı daçasını girov qoymağa çalışıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə