İspaniyanın baş naziri Pedro Sançes NATO üzvü olan ölkələr qarşısında çıxışında NATO-dan Ukraynadakı kimi Qəzzada da eyni birlik və ardıcıllıq tələb edib.
SİA-nın əldə etdiyi məlumata görə, Sançes Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən NATO Atlantika Şurasının Dövlət və Hökumət Başçıları Sessiyasında iştirak edib.
İspaniya baş naziri NATO-nun qapalı iclasındakı çıxışında deyib: “Bizi Ukraynaya dəstəyimizi zəiflədəcək ikili standartlar tətbiq etməkdə ittiham etmək olmaz. Əksinə, Rusiyanın Ukraynadakı işğalına qarşı Qəzza üçün də eyni birliyi və ardıcıllığı göstərməyi tələb edirik.
Vətəndaşlarımızın ardıcıl siyasi mövqeyimiz olduğunu və heç bir ikili standartların olmadığını anlamaları vacibdir.
Beynəlxalq hüququ müdafiə etdiyimiz üçün Ukraynanı dəstəklədiyimizi deyiriksə, Qəzzada da bunu etməliyik. Əgər biz Ukraynada beynəlxalq hüquqa hörmət tələb ediriksə, Qəzzada da bunu istəməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB