Kir Starmer Vaşinqtonda Zelenski ilə görüşüb

Kir Starmer Vaşinqtonda Zelenski ilə görüşüb

Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. SİA xəbər verir ki, Kir Starmer görüşün çox yaxşı keçdiyini deyib.

“Mən görüş zamanı aydın şəkildə bildirdim ki, Böyük Britaniyada hökumət dəyişikliyi bizim Ukraynaya verəcəyimiz dəstəkdə heç bir fərq qoymur. Biz müxalifətdə olanda da bu məsələdə eyni fikirdə idik”,- deyə, Baş nazir deyib.

Kir Starmer bu gün həmçinin Almaniya Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron ilə də danışıqlar aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə