Ruslar təyyarənin ukraynalılar tərəfindən vurulduğunu deyirlər...

Ekspertiza təsdiqləyib ki, ukraynalı məhbusların olduğu İl-76 Ukrayna tərəfindən Patriot kompleksindən vurulub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Xatırladaq ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətində qəzaya uğrayıb.

Rusiya Müdafiə Nazirliyi Ukrayna hərbçilərinin mübadilə üçün təyyarədə daşındığını bildirib. Təyyarədə olanların hamısı - altı ekipaj üzvü, üç hərbi polis zabiti və 65 Ukrayna əsgəri həlak olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə