Ekspert: Ermənistan ərzaq qıtlığı ilə üz-üzədir

Ekspert: Ermənistan ərzaq qıtlığı ilə üz-üzədir

Cari ildə Ermənistanda məhsul istehsalı 2023-cü illə müqayisədə təxminən 30 faiz azalıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın kənd təsərrüfatı üzrə eksperti Qraç Bərbəryan bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində məhsuldarlığın aşağı düşməsinə leysan yağışları, dolu, çovğun və güclü külək səbəb olub. Digər səbəb isə çiçəklənmə dövründə tozlanmanın olmamasıdır.

Ekspert deyib: “Arıçılıq məsələsi həll olunmalıdır ki, tozlanma baş versin. Amma hökumət heç nə etmir. Təkcə Lori və Tavuşdakı təbii fəlakət zonalarının sakinlərinin kənd təsərrüfatı sahəsində itkiləri 300 milyon dram təşkil edib. Vəziyyət belə davam edərsə, Ermənistanda kənd təsərrüfatı və ərzaq məhsulları qıtlığı yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə