...Moskvada Puşkin adına Dövlət Rus Dili İnstitutunun 5 əməkdaşı saxlanılıb. İstintaq Komitəsi onları əcnəbilərə yaşayış icazəsi almaq üçün rus dilini bildikləri barədə saxta sənədlər verməkdə şübhəli bilir.
SİA “Nastoyaşaya vremya”ya istinadən xəbər verir ki, şübhəlilərin evlərində və iş yerlərində axtarışlar aparılıb, bundan sonra onlar qeyri-qanuni miqrasiyanın təşkilində və vəzifə səlahiyyətlərini aşmaqda rəsmən ittiham olunublar.
...Media “Crocus City Hall” konsert zalında baş verən terror aktından sonra bu cür ittihamların və cinayət işlərinin kəskin artdığını qeyd edir.
Qeyd edək ki, martın sonunda Sankt-Peterburqda 30 nəfər saxlanılıb...və o cümlədən yerli universitetlərin müəllimləri. Müstəntiqlərin fikrincə, “miqrantlara rus dilini, tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmək sertifikatları vermək üçün qanunsuz sxem təşkil ediblər.
Yeri gəlmişkən, bu da onlara ayda təxminən 7,5 milyon rubl qazandırırmış.
...Kütləvi həbslər Krasnoyarsk və Çeboksarıda da baş verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB