Muğla sahillәrindә 33 miqrant xilas edilib

Muğla sahillәrindә 33 miqrant xilas edilib

Muğla vilayətinin Bodrum rayonu sahillərində qeyri-qanuni yollarla xaricə getməyə çalışan 33 miqrant xilas edilib, 67 miqrant isə yaxalanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə Sahil Mühafizə Komandanlığının internet səhifəsində verilən açıqlamada Bodrum sahillərindəki müqrantları xilas etmək üçün bölgəyə xilasedici gəminin göndərildiyi bildirilib.
Əmәliyyat nәticәsindә Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyəyә geri qaytarılan 12-si uşaq olmaqla 33 miqrant xilas edilib.

Bodrum sahillərində müxtəlif vaxtlarda, vəzifəli Sahil Mühafizə qayıqları ilə radar tərəfindən təsbit edilən 3 hərəkətdə olan rezin qayıq dayandırılaraq, 13-ü uşaq olmaqla 67 qeyri-qanuni immiqrant və 2 miqrant qaçaqmalçı şübhəlisi yaxalanıb.

Miqrantlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə