Brüssel Ukraynaya yardım edərkən Moldovanı da unutmamalıdır, çünki Kişinyov çox təhlükəli vəziyyətdədir. ERR.ee portalı xəbər verir ki, Avropa İttifaqını bunu Estoniyanın baş naziri Kaya Kallas etməyə çağırıb.
...Moldova çox qeyri-sabit vəziyyətdədir, o, hadisələrin mərkəzindədir və kiçik ölkədir, ona görə də biz Ukraynaya yardım edəndə bunu xatırlamalıyıq.
Estoniya hökumətinin başçısı bunu jurnalistlərlə söhbətində deyib.
Qeyd edək ki, dünən, fevralın 28-də Dnestryanı parlamentarilərin Rusiyadan kömək istəmək planları məlum olub. Rusiya Federasiya Şurasına və Dövlət Dumasına ünvanlanan konqres qətnaməsi layihəsində deputatlar Moldovanın təzyiqlərinin artdığını qeyd ediblər.
Xatırladaq ki, bundan əvvəl Dnestryanı ilə Moldova arasında münaqişəyə Avropa Komissiyası də münasibət bildirmişdi. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Piter Stanonun sözlərinə görə, hər iki tərəf konstruktiv dialoqa gəlməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB