Blinken sülh danışıqları üçün şərait görmür…

ABŞ dövlət katibi Antoni Blinken Rusiya və Ukrayna arasında sülh danışıqları üçün şərait görmədiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Reuters agentliyinə istinadən xəbər verir.

Blinken bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə görüşdə bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, bu gün Ağ Ev Ukrayna münaqişəsi üzrə sülh danışıqlarına başlamaq üçün lazımi şərait görmür. O, həmçinin əlavə edib ki, hazırda ABŞ administrasiyası “diplomatiya üçün heç bir şərait görmür”.

Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Olaf Şolz demişdi ki, əgər söhbət Kiyevin kapitulyasiyasından gedirsə, Ukraynadakı vəziyyətlə bağlı sülh danışıqlarının heç bir mənası yoxdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə